76 yaşlı tanınmış televiziya aparıcısı Yuri Nikolayev vəfat edib.
Ucnoqta.az xəbər verir ki, teleaparıcı bu gün evdə səhhəti pisləşib. O, uzun müddətdir ağır ağciyər xəstəliyi ilə mübarizə aparırdı.
2024-cü ilin noyabr ayında huşunu itirdikdən sonra reanimasiyaya aparılıb və ağciyər ödemi diaqnozu qoyulub.
Yuri Nikolayev daha çox "Səhər Poçtu", "Səhər Ulduzu" və "Respublika İrsi" musiqi televiziya proqramları ilə tanınırdı.