AZ

Biləcəridə avtobus AĞIR QƏZA törətdi, xəsarət alanlar var - VİDEO

Biləcəri qəsəbəsi Ağ Saray şadlıq sarayı yaxınlığında 203 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus ağır qəza törədib.

Bizim.Media xəbər verir ki,hadisə şahidləri tərəfindən lentə alınan video görüntülər sosial şəbəkələrdə yayılıb.
 

Bildirilir ki, 202 nömrəli avtobusla “Prius” və “Sonata” markalı avtomobillərin toqquşub. Daha sonra avtobus idarəetmədən çıxaraq ərazidəki obyektə çırpılıb.


Qəza nəticəsində avtobusun sürücüsü və bir neçə sərnişin xəsarət alıb. 

Hadisə səbəbindən ərazidə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Qəza yerindən video görüntüləri təqdim edirik:



Bizim.Media

Seçilən
13
bizim.media

1Mənbələr