AZ

Biləcəridə avtobus maşınlarla TOQQUŞDU: Xəsarət alanlar var

Bu gün axşam saatlarında Binəqədi rayonunun Biləcəri qəsəbəsində avtobus bir neçə maşınla toqquşub. Ajans.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. Bir neçə maşınla toqquşan avtobus daha sonra yol kənarındakı obyektə çırpılıb. Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib. Xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
Ajans.az

1Mənbələr