AZ

“Əgər Xabi Alonso istəsəydi, Virts “Real”a gedərdi”

“Bayer” klubunun baş direktoru Fernando Karro yay transfer pəncərəsində komandadan “Liverpul”a keçən Florian Virtsin qərarı ilə bağlı maraqlı açıqlama verib.

90deqiqe.Az “Sport1”ə istinadən xəbər verir ki, alman funksioner bildirib ki, klub gənc yarımmüdafiəçinin qalması üçün hər cür fədakarlığa hazır idi:

“Virtsin ailəsi və özü yaxşı bilirdi ki, onunla müqavilənin uzadılması bizim əsas prioritetimiz idi. Yay transferləri zamanı maaş siyasətində diqqətli davranırdıq, amma Florian üçün istisna etməyə hazır idik. Hətta sərhədi keçib müqaviləni uzatmaq üçün hər şeyi etməyə hazır idik. Bir müddət bu, mümkün görünürdü.”

Karro etiraf edib ki, bəzən oyunçuya çox təzyiq etdiklərini düşünür:

“Bəli, bəzən onu həddindən artıq sıxırdıq. Amma sonda qərarı özü verdi. Onun valideynləri – eyni zamanda məsləhətçiləri – Florianın istəyinə tam hörmətlə yanaşdılar.”

Klub rəhbəri qeyd edib ki, Virtsin əsas məqsədi Çempionlar Liqasını qazanmaqdır:

“O, bu turniri qazanmaq istəyir. Biz düşünürdük ki, hazırkı komandamızla daha böyük nailiyyətlər əldə edə bilərik. Amma Florian başa düşürdü ki, “Bayer”lə Çempionlar Liqasını qazanmaq daha çətindir. Əgər Xabi Alonso “Real”dan təklif göndərsəydi, o, çox güman ki, Madridi seçərdi. Sadəcə, Xabinin orada qərarlara təsir imkanları bizdəki qədər deyil.”

Seçilən
31
90deqiqe.az

1Mənbələr