AZ

Ankara AK-nın Türkiyədə insan haqlarına dair hesabatını qərəzli sayır

BAKI, 4 noyabr. TELEQRAF

Avropa Komissiyasının (AK) Türkiyənin "demokratik dəyərləri" ilə bağlı hesabatı əsassız və qərəzlidir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda qeyd olunur.

Sənəddə deyilir: “Biz Avropa Komissiyasının Türkiyədəki vəziyyətlə bağlı bu gün dərc olunmuş hesabatında yer alan məhkəmə sistemi, fundamental hüquqlar və daxili siyasi hadisələrlə bağlı qərəzli və əsassız iddiaları rədd edirik. Bu hesabat AK-nin Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında müsbət gündəm formalaşdırmaq səyləri ilə bir araya sığmır. Sənəd hər iki tərəfin uzunmüddətli maraqlarına zidd olan dildə yazılıb”.

Noyabrın 4-də Avropa Komissiyası Türkiyə ilə bağlı 2025-ci il hesabatını açıqlayıb. Sənəddə AK Ankaranın demokratik dəyərlərə sadiqliyinə şübhə ilə yanaşılır,müxalifətə qarşı məhkəmə iddiaları və həbslərin sayından narahatlıq ifadə olunur.

Seçilən
66
teleqraf.com

1Mənbələr