AZ

Brüsseldə qalmaqal: Serbiya lideri Ukrayna ilə bağlı etiraf etdi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Serbiya Prezidenti Aleksandar Vuçiç Brüsseldə keçirilən Avropa İttifaqının genişlənmə sammitində açıq etirafla çıxış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. O bildirib ki, Belqradın bütün səylərinə baxmayaraq, Serbiyada istehsal olunan bəzi sursatlar vaxtaşırı Ukraynaya çatır.

Prezident bunu iqtisadi zərurətlə əsaslandıraraq deyib:

“Bizim bu sursatın satışından asılı olan 30 min insanımız var. Bu, hazırda yaxşı bazardır. Biz pul qazanmaq üçün onu kimə satmalıyıq, amma çalışırıq ki, bu döyüş sursatı münaqişə zonasına düşməsin. Amma bu zaman-zaman olur. Axı biz işçilərimizə maaş verməliyik. Bunda məntiqsiz nəsə varmı?”

Serbiya lideri həmçinin bildirib ki, Rusiya Xarici Kəşfiyyat Xidmətindən iki dəfə çox ciddi bəyanat alıb. Bu bəyanatlarda Ukrayna tərəfdə serb mənşəli mərmilərin aşkarlanması qeyd olunub. Onun sözlərinə görə, bu hallar səbəbindən Belqrad bir müddət silah ixracını dayandırmağa məcbur qalıb.

Vuçiç əlavə edib ki, Serbiya balanslı siyasət yürütməyə çalışır, lakin iqtisadi reallıqlar bəzən bu siyasətin sərhədlərini daraldır.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
globalinfo.az

1Mənbələr