525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Meksikanın Sinaloa əyalətində təhlükəsizlik qüvvələri ilə baş verən qarşıdurmada on üç narkotacir öldürülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, narkotacirlər patrul xidməti göstərən təhlükəsizlik qüvvələrinə atəş açıblar. Nəticədə tərəflər arasında silahlı qarşıdurma yaşanıb.
Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Harfuch baş verən qarşıdurmadan sonra dörd şübhəlinin saxlanıldığını və dəstə tərəfindən qaçırılan doqquz nəfərin xilas edildiyini bildirib.
İsgəndər Həsənov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.