AZ

“Jorjina mənim həyatımın qadınıdır”

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo nişanlısı Jorjina Rodriqes haqqında danışıb və toyla bağlı planlarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 40 yaşlı futbolçu 2025-ci ilin avqust ayında Jorjinaya evlilik təklifi etdiyini xatırladaraq deyib:

“O [Jorjina] mənim həyatımın qadınıdır. Ona evlilik təklifi etmək təbii idi. O, mənə və ailəmizə qayğı göstərir. Jorjina xüsusi bir qadındır, məni anlayır. Mən axtardığım insanı tapmışam.”

Ronaldu əlavə edib ki, toy 2026-cı il dünya çempionatından sonra baş tutacaq:

“Biz toyumuzu dünya çempionatından sonra keçirməyi planlaşdırırıq. Ümid edirəm ki, həmin vaxt artıq kuboku qazanmış olarıq.”

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
34
90deqiqe.az

1Mənbələr