AZ

AzNews.az-a qarşı təxribat: Sosial şəbəkələrdə açılan bu səhifələrin bizə heç bir aidiyyatı yoxdur!

"Baş redaktoru olduğum AzNews.az saytının adından İnstagram vəThreads.com sosial şəbəkəsində şou xəbərlər yayan bir səhifə açılıb. AzNews.az analitik-informasiya portalıdır, intellektual media platformasıdır və heç bir halda bu cür xəbərlər yaymır. Həmin səhifənin redaksiyamıza və mənə heç bir aidiyyatı yoxdur. Bu, Azərbaycan mediasının peşəkar jurnalistika standartları çərçivəsində fəaliyyət göstərən önəmli resurslarından biri olaraq AzNews.az-a qarşı açıq təxribatdır".

Bu barədə AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı açıqlama verib. Baş redaktor bildirib ki, AzNews.az brendindən qeyri-qanuni istifadə edilməsi kibercinayətdir:

"Bu səhifədən təxribat xarakterli məlumatların yayıla biləcəyi istisna olunmadığından bəyan edirəm ki, bu səhifədə yayılmış, yayılan və yayılacaq hər hansı məzmuna görə məsuliyyət daşımırıq. Bu barədə sabah Medianın İnkişafı Agentliyinə və hüquq-mühafizə orqanlarına da rəsmi müracət də edəcəm.Onu da qeyd edim ki, İnstagramda mövcud olan aznews.ws səhifəsinin də bizə heç bir aidiyyatı yoxdur".

Seçilən
27
1
aznews.az

2Mənbələr