AZ

Putin yeni nüvə silahlarının anonsunu verdi; Rusiyanın heç kimi təhdid etmədiyini dedi

Rusiya Prezidenti Vladimir Putin Kremldə "Burevestnik" və "Poseydon" raketlərinin yaradıcılarını mükafatlandırma mərasimi təşkil edib.

Musavat.com xəbər verir ki, mərasimdəki çıxışını Putin bütünlüklə Rusiyanın nüvə potensialının tərifinə, təbliğinə həsr edib. O, iddia edib ki, Rusiya heç kimi təhdid etmir, sadəcə, öz nüvə potenialını inkişaf etdirdiyini elan edib.

Onun sözlərinə görə, Sarmat ağır qitələrarası ballistik raketi Rusiya Silahlı Qüvvələrində 2026-cı ildə döyüş xidmətinə qəbul olunacaq: "Bu il biz "Sarmat" ağır qitələrarası ballistik raket sistemlərini döyüş sınaqları üçün, gələn il isə döyüş vəzifəsi üçün yerləşdirəcəyik".

Putin bildirib ki, Rusiya sonda hipersəs olacaq yeni nəsil nüvə enerjisi ilə işləyən qanadlı raketləri üzərində işləyir. O, “Burevestnik"in güclü, ultra kiçik nüvə reaktorlarını qeyd edib – İşə salınması saniyələr çəkir, ənənəvi reaktorlar isə saatlarla və hətta günlərlə müddət tələb edir: "Artıq bu cür enerji qurğuları əsasında yeni nəsil silahlar hazırlanır. Bundan əlavə, nüvə enerjisi ilə işləyən növbəti nəsil qanadlı raketlərin hazırlanmasına başlanılıb. Onların sürəti səs sürətindən üç dəfədən çox olacaq və gələcəkdə hətta hipersəsli olacaqlar".

Rusiya prezidentinin dediyinə görə, "Burevestnik" və "Poseydon" raketlərində yalnız yerli istehsal olan materiallardan istifadə edilir. Bu raketlərdə istifadə olunan nüvə qurğuları həm ekstremal şəraitdə mədən hasilatı üçün də istifadə edilə bilər: "Yaradılan nüvə qurğularının kiçik ölçüsü, çəkisi və həcmi, eləcə də təhlükəsizliyi və etibarlılığı, onlardan Arktika şelfi də daxil olmaqla, çətin çatılan ərazilərdə mədənçilik üçün enerji mənbələri yaratmaq məqsədilə çevik şəkildə istifadə etməyə imkan verir".

Putin əlavə edib ki, bu texnologiyadan həmçinin "ucqar ərazilərə və məskunlaşmış ərazilərə işıq və istilik təmin etmək və Dünya Okeanını araşdıran sualtı ekspedisiyaların səmərəliliyini artırmaq" üçün də istifadə etmək olar. Onun iddiasına görə, "Burevestnik" və "Poseydon" raketlərindən əldə edilən texnologiya perspektivdə Ayda stansiyanın tikintisinə kömək edəcək.

Putinin bu mərasimi təşkil etməsi, orada səsləndirdiyi fikirlər ABŞ prezidenti Donald Trampın ona yönəlik istehzalı fikirlərinə cavab kimi qiymətləndirilir. Xatırladaq ki, Tramp Rusiya sahillərində atom qayıqlarının olduğunu və hansısa 8 min  km-lik raketə ehtiyac duymadıqlarını bildirib.

 

Musavat.com

Seçilən
69
50
musavat.com

10Mənbələr