AZ

Rusiyada 17 yaşlı Goranboy sakinini qatar vuraraq öldürüb

Rusiyada Goranboy sakinini qatar vurub...

APA-nın yerli bürosunun məlumatına görə hadisə Rusiyanın Krasnodar şəhərində qeydə alınıb.

Belə ki, Goranboy şəhər sakini 2008-ci il təvəllüdlü P. Bağırovu şəhər ərazisində qatar vurub.

Yeniyetmə oğlan aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Mərhum doğulduğu Goranboy şəhərində dəfn ediləcək. Yeniyetmənin ölümü ilə bağlı Rusiya hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Poliqon.info

Seçilən
33
10
poliqon.info

10Mənbələr