Erməni nazir: Azərbaycan vasitəsilə Qazaxıstan buğdası tədarük edilir
Azərbaycan vasitəsilə Ermənistana Qazaxıstan buğdası daşınır. Ajans.azxəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan öz "Facebook" səhifəsində paylaşıb.
O, postunda deyir: "Qazaxstan mənşəli buğda yoldadır və yaxın günlərdə Azərbaycan ərazisindən keçərək Ermənistana çatacaq."