AZ

Vuçiçdən Ukraynaya sursat ixracına MÜNASİBƏT

Serbiya Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) Ukraynaya çatan mərmilərlə bağlı xəbərdarlığına baxmayaraq, sursat ixracını davam etdirmək niyyətindədir.

Busaat.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Brüssel sammiti çərçivəsində keçirilən “Avropa Söhbətləri” sessiyası zamanı deyib.

Onun sözlərinə görə, sursat satışı Serbiya iqtisadiyyatına “sağ qalmağa” imkan verir. O, Belqradın iyun ayında Moskvanın şikayətlərinə cavab verdiyini və ixracı dayandırdığını, lakin mərmilərin hələ də satılmalı olduğunu vurğulayıb.

“Biz onu kiməsə satmalıyıq və bir qədər pul qazanmaq üçün bacardığımız qədər kimə satacağıq. Amma biz çalışacağıq ki, bu sursatlar döyüş bölgələrinə düşməsin, lakin bu, zaman-zaman olur”, – Vuçiç deyib.

Yeganə

Seçilən
32
busaat.az

1Mənbələr