AZ

Putin “Oreşnik”in seriyalı istehsalına başlandığını elan edib

Rusiya prezidenti Vladimir Putin “Oreşnik” raket komplekslərinin seriyalı istehsalına başlandığını elan edib.

Busaat.az xəbər verir ki, o, bu barədə “Burevestnik” və “Poseydon” raket sistemlərini hazırlayanların mükafatlandırılması mərasimində bildirib.

“Biz “Oreşnik” orta mənzilli raket kompleksini hazırlamışıq, yerləşdirmişik və seriyalı istehsalına başlamışıq”, – dövlət başçısı bildirib.

Putin vurğulayıb ki, Rusiya ordusunun müasir texnika və qabaqcıl silah sistemləri, o cümlədən “Oreşnik”lə təmin edilməsi planları həyata keçirilir.

Yeganə

Seçilən
77
busaat.az

1Mənbələr