AZ

“Qarabağ” oyunu öncəsi “Çelsi”də daha bir itki

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşacaq.

İdmanxeber.az xəbər verir ki, London klubunun vingeri Pedru Netu zədə səbəbindən matçda iştirak etməyəcək. Baş məşqçi Entso Mareska futbolçunun “Tottenhem”lə görüşdə zədələndiyini bildirib.

O, mövsüm ərzində 20 oyunda 5 qol və 2 asistlə yadda qalıb.

“Qarabağ” – “Çelsi” oyunu sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Seçilən
67
idmanxeber.az

1Mənbələr