AZ

Britaniyanın ən varlı adamı vəfat etdi

Musavat.com xəbər verir ki, Londonda 85 yaşında “Hinduja Group” imperiyasının rəhbəri və Böyük Britaniyanın ən varlı şəxsi — Qopichand Hinduja dünyasını dəyişib. Financial Times yazır ki, iş adamı uzun müddət xəstəlikdən əziyyət çəkirmiş.

Mütəxəssislər onun ölümünü Britaniya–Hindistan maliyyə tarixində bir dövrün sonu kimi qiymətləndirirlər.
Hinduja ailəsinin sərvəti təxminən 35,3 milyard funt sterlinq dəyərində qiymətləndirilir. Bu sərvət bankçılıq, daşınmaz əmlak, neft ticarəti, nəqliyyat və əyləncə sahələrini əhatə edən çoxşaxəli biznes imperiyasından gəlir.

Qopichand Hinduja ailə biznesinə 1959-cu ildə qoşulub. O dövrdə Hindistanla İran arasında fəaliyyət göstərən kiçik ticarət firması zamanla qlobal konqlomerata çevrilib.

Hinduja qardaşları 1980-ci illərdə Londona köçərək yerli maliyyə elitasının aparıcı simalarından biri olublar. Qopichandın böyük qardaşı Şriçand Hinduja ötən il vəfat etmişdi.

İndi “Hinduja Group”un taleyi növbəti nəsil varislərin əlindədir. Ekspertlər hesab edirlər ki, ailənin qarşısında duran əsas sual imperiyanın həm miqyasını, həm də nüfuzunu qoruyub saxlamaq olacaq. 

 

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr