AZ

İlin ən böyük Ayı sabah gecə müşahidə olunacaq

2025-ci ilin əsas astronomik hadisəsi  - “Ovçunun Super Ayı” 6 noyabr gecəsi öz zirvəsinə çatacaq...

Poliqon xəbər verir ki, sabah gecə səmada ilin ən parlaq və ən böyük Ayı – “Ovçunun Super Ayı” görünəcək. Astronomların məlumatına görə, tam Ay fazasının zirvəsi Bakı vaxtı ilə 6 noyabr saat 02:30-da baş verəcək. Bu hadisə 2025-ci ildə müşahidə ediləcək ən böyük superay olacaq.

Super Ay hadisəsi Ayın Yerə ən yaxın nöqtəyə — perigeyə yaxınlaşdığı vaxtda baş verir. Bu zaman Ay adi dolunaydan təxminən 14 faiz daha böyük və 30 faiz daha parlaq görünür. “Ovçunun Ayı” adlandırılması isə qədim ənənələrə əsaslanır: bu dövrdə şimal yarımkürədə ov mövsümünün başa çatdığı vaxt Ayın parlaq işığı ovçulara gecə fəaliyyətini asanlaşdırırdı.

Astronomlar bildirirlər ki, sabahkı hadisə xüsusi avadanlıq olmadan da aydın görünəcək. Ən yaxşı müşahidə şərtləri açıq səma və şəhər işıqlarından uzaq ərazilərdə təmin ediləcək. Fotoqraflar üçün bu, ilin ən təsirli Ay mənzərələrindən birini çəkmək imkanı hesab olunur.

Bu, 2025-ci ildə müşahidə ediləcək son superay olacaq və növbəti belə hadisə yalnız 2026-cı ilin sentyabrında baş verəcək.

Poliqon.info

Seçilən
101
poliqon.info

1Mənbələr