Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edib.
QOL.az xəbər verir ki, görüş İngiltərə nəhənginin 3:0 hesablı qələbəsi ilə bitib
"Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə) - 0:3
Qollar: Saka, 32-pen.Merino, 46, 68
Ə.Ağayev meydan sahiblərinin futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə 32-ci dəqiqədə penalti təyin edib. O, "Slaviya"nın 3, "Arsenal"ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Hazırda "Arsenal" 12 xalla 2-ci, "Slaviya" 2 xalla 31-ci pillədə qərarlaşıb.