Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edib. Metbuat.az-ın məlumatına görə, qarşılaşma "topçular"ın 3:0 hesablı qələbəsi ilə bitib.Azərbaycanlı hakim 32-ci dəqiqədə çexiyalıların futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə penalti təyin edib. Referi VAR-a baxdıqdan sonra qayda pozuntusunu qeydə alıb. Zərbəni yerinə yetirən Bukayo Saka isə hədəfdən yayınmayıb. Digər qolları Bay Merino (46, 68) vurub.Matçın baş hakimi 84-cü dəqiqədə kobud oyuna görə londonluların qapısına onbir metrlik cərimə zərbəsi təyin edib. Növbəti dəfə VAR monitoruna yaxınlaşan ədalət qoruyucusu penalti qərarını ləğv edib.Əliyar Ağayev matç boyunca "Slaviya"nın 3, "Arsenal"ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.