UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə ümumi mərhələnin 4-cü turu çərçivəsində keçirilən “Liverpul” – “Real Madrid” oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş “Enfild” stadionunda baş tutub və ingilis klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 61-ci dəqiqədə “Liverpul”un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allister vurub.
Ötən turda “Liverpul” “Ayntraxt” üzərində 5:1, “Real” isə “Yuventus” üzərində 1:0 hesablı qələbə qazanmışdı.
Bu nəticədən sonra hər iki komanda növbəti qarşılaşmasını 26 noyabrda keçirəcək. Arne Slotun komandası “PSV” ilə, Xabi Alonsonun yetirmələri isə “Olimpiakos”la qarşılaşacaq.