AZ

Erməni keşiş: “Hökumətdən göstəriş almamışam”

Musavat.com xəbər verir ki, erməni keşiş Taron Unanyan hökumətdən hər hansı göstəriş almadığını, fəaliyyətini yalnız şəxsi əqidəsinə əsaslanaraq həyata keçirdiyini bəyan edib.

Unanyan daha əvvəl ruhanilikdən çıxarılmış Stepan Asatryanın Ovanavank monastırında keçirdiyi “liturgiya”da iştirak etmişdi. Bununla əlaqədar o, artıq iki dəfə Əçmiədzin Baş Kilsəsinin intizam komissiyasına çağırılıb.

Bu gün keçirilən iclasda da keşiş komissiyaya gəlsə də, öz işi ilə bağlı müzakirələrdə iştirakdan imtina edib və qısa müddət sonra oranı tərk edib.

Jurnalistlərin suallarını cavablandıran Unanyan bildirib ki, onunla bağlı dini məsələlərin müzakirəsini məqsədəuyğun saymır. O, həmçinin baş nazir Nikol Paşinyanın “katolikos istefa verməlidir” fikrini bölüşüb-bölüşmədiyi barədə suala da cavab verməkdən imtina edib. 

 

Musavat.com

Seçilən
56
1
musavat.com

2Mənbələr