AZ

“Monako” Norveçdə vacib qələbə qazandı

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 4-cü turunda keçirilən “Budyo Qlimt” – “Monako” oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Norveçin Bodo şəhərindəki “Aspmyura” stadionunda oynanılıb və qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Matçın yeganə qolunu 43-cü dəqiqədə Folarin Balogun vurub. 

Bu qələbədən sonra “Monako” 5 xalla ümumi cədvəldə orta pillələrdə qərarlaşıb, “Bodo/Qlimt” isə 2 xalla son sıralarda yer alıb.

Növbəti turda “Budyo Qlimt” 25 noyabrda “Yuventus”u qəbul edəcək, “Monako” isə 26 noyabrda səfərdə “Pafos”la qarşılaşacaq.

Seçilən
83
90deqiqe.az

1Mənbələr