AZ

“Tottenhem” “Kopenhagen”i darmadağın edib - VİDEO

İngiltərənin “Tottenhem Hotspur” və Danimarkanın “Kopenhagen” klubları arasında keçirilən Çempionlar Liqasının 4-cü turunun oyunu başa çatıb.

İdman.Biz bildirir ki, londonlular oyunda 4-0 hesabı ilə qələbə qazanıblar.

Brennan Conson 19-cu dəqiqədə londonluları hesabda irəli çıxarıb, Uilson Odober isə 51-ci dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. Conson 57-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub. Ev sahibi komandanın üçüncü qolunu 64-cü dəqiqədə Miki van de Ven, dördüncü qolunu isə 67-ci dəqiqədə isə Joao Palinya vurub.

Bu oyundan sonra “Tottenhem Hotspur” səkkiz xalla Çempionlar Liqasının turnir cədvəlində yuxarılarda, “Kopenhagen” isə bir xalla sonlardadır.

Növbəti turda “Tottenhem” noyabrın 26-da səfərdə PSJ ilə oynayacaq. “Kopenhagen” isə həmin gün “Kayrat”ı qəbul edəcək.

İdman.Biz

Seçilən
59
1
idman.biz

2Mənbələr