AZ

ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb

Bakı, 5 noyabr, AZƏRTAC

UPS şirkətinə məxsus “McDonnell Douglas MD-11” tipli yük təyyarəsi Kentukki ştatının Luisvill Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı rəsmi mənbələrə istinadla məlumat yayıb.

Luisvill Metro Polis İdarəsi qəzanı təsdiqləyib və hadisə nəticəsində xəsarət alanların olduğunu bildirib. Qəzanın başvermə səbəbləri və yaralıların vəziyyəti barədə təfərrüatlar dəqiqləşdirilir.

Seçilən
55
2
azertag.az

4Mənbələr