AZ

Bosniya və Herseqovinada qocalar evində yanğın olub, ölən və yaralananlar var

Bosniya və Herseqovinada qocalar evində baş verən yanğında bir neçə nəfərin öldüyü bildirilir.

APA xəbər verir ki, Bosniya və Herseqovinanın Tuzla şəhərində axşam saatlarında hələlik məlum olmayan səbəblərlə yanğın baş verib.

Baş vermiş yanğını söndürmək məqsədilə bir neçə şəhərdə yanğınsöndürənlər cəlb olunub.

Yanğın nəticəsində bir neçə nəfərin öldüyü, bir çox yaralının isə xilas edilərək xəstəxanalara aparıldığı bildirilir.

Hazırda yanğının nəzarətə alındığı, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir. 1

Bosniya Bosniya
Seçilən
14
2
apa.az

5Mənbələr