AZ

Bosniyada qocalar evində yanğın - Ölənlər var

BAKI, 5 noyabr. TELEQRAF

Bosniya və Herseqovinada qocalar evində baş verən yanğında azı doqquz nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.

Məlumata görə, beş nəfər xəstəxanaya yerləşdirilib, lakin yerli hakimiyyət orqanları yaralıların sayının daha çox ola biləcəyini istisna etmir.

Hazırda yanğının səbəbləri araşdırılır, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Seçilən
80
teleqraf.com

1Mənbələr