Ötən həftə Yamaykaya zərbə vuran Melissa qasırğası, ilkin hesablamalara görə, ada ölkəsinin iqtisadiyyatına 6-7 milyard dollar ziyan vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yamayka Baş naziri Endryu Holness məlumat verib.
Nəticədə ilin sonuna ölkənin ÜDM-ində 8-13% azalma gözlənilir.
Jamaica Gleaner-in məlumatına görə, baş nazir adada təxminən 116.000 tikilinin "ciddi və ya fəlakətli ziyana" məruz qaldığını bildirib.