AZ

Təbii qidalanan qadın sarıkökdən öldü


30 yaşlı təbii qidalanma müdafiəçisi zərdəçal dozasından həyatını itirib.


“Medicina” xəbər verir ki,gənc amerikalı qadın Ceyd Erik sarıkökə kəskin reaksiyadan öldü.

O, təbii müalicə vasitələrinin tərəfdarı olduğu üçün ədviyyatdan müalicə vasitəsi kimi istifadə etmək qərarına gəlib.

Ceyd Erik ekzemadan əziyyət çəkirdi və vəziyyətini yüngülləşdirmək üçün özünə sarıkök tərkibli venadaxili infuziya etdirib.


Zərdəçal məhlulunu vurduqdan sonra Kaliforniyalı huşunu itirib və oyanmadan öldü. Yarılma zamanı kurkuminə reaksiyanın ürək dayanmasına və kəskin anoksik ensefalopatiyaya (beyində oksigen çatışmazlığı) səbəb olduğu aşkar edildi.

Annals of Emergency Medicine jurnalına görə, insanların alternativ tibbə, xüsusən də "təbii" maddələrə üstünlük verməsi dəfələrlə ölümlə əlaqələndirilib.

Misal üçün, son on ildə məşhur Amerika "sağlamlığı yaxşılaşdırma" metodlarından biri olan yüksək konsentrasiyalı hidrogen peroksid məhlulu 300 zəhərlənmə və beş ölüm hadisəsinə səbəb olmuşdur.

Aygün Musayeva


Seçilən
47
1
medicina.az

2Mənbələr