AZ

Demokratların namizədi Virciniyada qubernator seçkilərində qələbə qazanıb

Virciniya qubernatoru vəzifəsinə demokrat namizəd Abigail Spanberger çərşənbə axşamı qələbəsini elan etdi.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, Riçmondda çıxışı zamanı bildirib.

Ştat seçkiləri günün əvvəlində baş tutub. Rəsmi səs sayımı hələ başa çatmayıb, lakin aparıcı Amerika media orqanları öz qiymətləndirmələrini açıqlayıblar və Spanbergerin rəqibi respublikaçı Uinsom Erl-Sirin artıq qalib gəlmək şansının olmadığını bildiriblər.
Spanberger respublikaçı Qlenn Yanqkinin yerinə Virciniya qubernatoru olacaq. O, Virciniyada bu vəzifəni tutan ilk qadın olacaq.

Spanberger əvvəllər Virciniyanı Nümayəndələr Palatasında təmsil edib.

Seçilən
36
ucnoqta.az

1Mənbələr