AZ

Filippində baş verən fırtına nəticəsində ölənlərin sayı 66-ya çatıb

Filippində baş verən "Kalmaegi" tayfunu nəticəsində ən azı 66 nəfər ölüb.

Ucnoqta.az bildirir ki, ABS-CBN News bu barədə 5 noyabrda dövlət qurumlarına istinadən məlumat verib.

Filippin Mülki Müdafiə komissarının müavini Bernardo Rafaelito Alejandro bildirib ki, ölümlərdən 49-u Cebu adasında baş verib, digər ölüm halları isə Qərbi və Şərqi Visayasda, eləcə də Neqros bölgəsində qeydə alınıb.

O, həmçinin əlavə edib ki, fəlakət nəticəsində 26 nəfər hələ də itkin düşüb.
Milli Fəlakət Risklərinin Azaldılması Şurası tayfunun təxminən 706.000 insana təsir etdiyini, onlardan təxminən 348.000-nin təxliyə mərkəzlərində sığınacaq axtardığını açıqlayıb.

Seçilən
20
1
ucnoqta.az

2Mənbələr