AZ

ABŞ Maduronu belə aradan götürəcək Üç ssenari

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tramp administrasiyası Venesuela lideri Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması məqsədilə bu ölkəyə hərbi əməliyyat üçün üç mümkün ssenarini nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms” qəzetində yayımlanan məqalədə deyilir.

Bildirilib ki, birinci ssenari Venesueladakı hərbi obyektlərə hava hücumlarını əhatə edir. Bu, ordunun Maduroya dəstəyini zəiflədə bilər. Bu ssenarinin tərəfdarları belə bir addımın onu ölkəni tərk etməyə məcbur edə biləcəyini iddia edirlər.

Nəzərdən keçirilən növbəti variant Maduronu tutmaq və ya öldürmək üçün elit Dəniz Qüvvələrinin SEAL komandasının göndərilməsidir. Vaşinqtonun 3-cü planı da açıqlanıb və burada Venesuelaya terrorla mübarizə qüvvələrinin göndərilməsi barədə deyilir.

Bu ssenari hava limanlarını, neft yataqlarını və müəyyən infrastruktur obyektlərini ələ keçirməyi nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
axar.az

1Mənbələr