AZ

Brüssel Hava Limanı PUA-lara görə bağlanıb

Brüssel

Belçikanın paytaxtı Brüssel şəhərindəki hava limanı naməlum pilotsuz uçan təyyarə hücumu ilə bağlı xəbərə görə bağlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Le Soir” nəşri məlumat yayıb.

“Ehtiyat tədbiri olaraq bütün hava hərəkətləri müvəqqəti olaraq dayandırılıb”,- nəşr yazır.

Bir neçə reys digər hava limanlarına, o cümlədən Liegeyə yönləndirilib.

Səmada, ən azı, bir pilotsuz təyyarənin göründüyü bildirilir.

Bir qədər əvvəl xəbər verilmişdi ki, Berlin Brandenburq Villi Brandt Beynəlxalq Hava Limanında naməlum pilotsuz uçan aparatın (PUA) aşkarlanması səbəbindən əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

V. QULİYEV
Seçilən
49
1
reyting.az

2Mənbələr