AZ

Arda etirazla qarşılandı

UEFA Çempionlar Liqasında keçirilən “Liverpul” - “Real Madrid” matçında qonaqların iki futbolçusu etirazla qarşılanıb. Metbuat.az xəbər verir ki, “Liverpul” azarkeşləri klubdan ayrılaraq “Real”a transfer olan Trent Aleksandr-Arnolda etiraz ediblər. İngilis azarkeşlərinin reaksiya verdiyi digər oyunçu Arda Güler olub. İddia edilir ki, Arda Gülerə reaksiya “Liverpul”un macar ulduzu Dominik Şoboslai ilə baş verən hadisədən qaynaqlanır. Bildirilir ki, Arda Güler və Şoboslai arasında Türkiyə-Macarıstan matçında gərginlik yaşanıb. Arda Güler və Şoboslai matç zamanı mübahisə ediblər. Gərginlik maçtdan sonra sosial mediadakı paylaşımlarla davam edib.

Qeyd edək ki, “Liverpul” - “Real Madrid” matçı 1-0 hesabı ilə yekunlaşıb.

Seçilən
29
metbuat.az

1Mənbələr