AZ

Putindən Güney Qafqazdakı “KQB”-“FSB” şəbəkəsinə növbəti dəstək gəldi... 

Xəbər verildiyi  kimi, işğalçı Rusiya diktatoru Vladimir Putin “Rusiya və “yeni Naxçıvan” yeparxiyası”nın rəhbəri, erməni apostol kilsəsinin arxiyepiskopu Ezrasa Aleksandr Nevski ordeni təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu hadisə Ermənistanda demokratiyaya və Azərbaycanla sülhə, Türkiyə ilə sərhədlərin açılmasına can atan Paşinyan hakimiyyətinə qarşı məhz Kremlin dəstəyi ilə var gücləri ilə mübarizə aparan revanşist, irqçi və rusiyapərəst siyasi dairələri sevindirib. Onlar bunu Moskvanın “möhkəm durun- Paşinyanı yıxıb hakimiyyətə gələcəksiz” mesajı kimi qəbul ediblər. 
 
“Böyük dövlətlər boş yerə heç nə etmirlər”. 
 
Tert.am-ın məlumatına görə, “İranşünas” kimi təqdim edilən, lakin Rusiyanın, Putinin sadiq simpatizanlarından olan Vardan Voskanyan telegram-kanalında öz sevincini belə ifadə edib.
 
“Aydındır ki, Erməni Apostol Kilsəsinin Yeni Naxçıvan və Rusiya Yeparxiyasının baş arxiyepiskopu Ezras Nersisyanın Rusiya prezidentinin özü tərəfindən mükafatlandırılması, dolayısı ilə, lakin kifayət qədər şəffaf, Rusiya tərəfinin mövqeyinə işarədir. Bura əlavə etsək ki, yepiskop Ezras həm də katolikos Qaregin həzrətlərinin qardaşıdır, aydın olar ki, Ana Taxtın ciddi xarici dəstəkçisi var və bu, dövri hədəflərin hazırkı şəraitində təbii olaraq onun mövqeyini gücləndirir”, - Voskanyan belə yazıb. 
 
Xatırladaq ki, Moderator.az hələ  iyunun 28-də II Qareginin keçmiş köməkçisinin erməni katolikosun və qardaşı Erzasın Rusiya xüsusi xidmət orqanlarının agenti olması haqda yazmışdı. Bu gün isə hər iki keşişin “KQB”-“FSB” agenti olması haqda Ermənistan lideri N.Paşinyan başda olmaqla bir sıra erməni rəhbər vəzifəli şəxslər bildirir.
 
Deməli, Rusiyanın faktiki imperatoru olan Putinin məhz noyabrın 4-də - ölkədə 1612-ci ildə Moskvanın Polşa işğalçılarından azad edilməsi - Xalq Birliyi Günü dövlət bayramı kimi qeyd olunduğu bir gündə, üstəlik, Ermənistanda nəinki katolikos və komandasına, ümumiyyətlə, Kremlin agentura şəbəkəsi və “5-ci kalon”una qarşı qızğın bir mübarizə getdiyi bir vaxtda “KQB”-“FSB” agenti Qareginin elə həmin qurumun agenti olan qardaşına orden verməsi təsadüfi deyil. Bu, yalnız Ermənistandakı deyil, ümumiyyətlə, Güney Qafqazda, yəni Azərbaycan və Gürcüstandakı “KQB”-”FSB” agentura şəbəkəsinə, Rusiya simpatizanlarına dəstəkdir. Rusiya son dövrdə, xüsusən Ukraynaya təcavüzə başlayandan bəri yalnız postsovet məkanında deyil, dünyanın hər yerində, həmçinin Avropa və Avropadakı kollektiv “KQB”-yə dəstək verməklə hələ də təsir dairələrini saxlamaqla ayaqda qala bilir...
 
S.Laçın 
 
Seçilən
26
1
moderator.az

2Mənbələr