AZ

Yeni kəşf: İbtidai insanlar ixtiraçı olub

Milyonlarla il əvvəl ibtidai insanlar ixtiraçı ola bilər. Ajans.az BBC-yə istinadən xəbər verir ki, bu barədə fikirlər Keniyanın şimal-qərbində tapılan bir kəşfə əsasən səsləndirilib. Tədqiqatçılar, 2,75 milyon il əvvəl Namorotukunan adlı arxeoloji ərazidə yaşamış ibtidai insanların 300.000 il ərzində daş alətlərdən fasiləsiz istifadə etdiklərini aşkar ediblər. Əvvəllki sübutlar erkən insan alətlərindən istifadənin təsadüfi şəkildə inkişaf etdiyini və tez bir zamanda unudulduğunu göstərirdi. Namorotukunan tapıntısı, texnologiyanın minlərlə nəsildən-nəslə ötürüldüyünü göstərən ilk tapıntıdır. Tədqiqata rəhbərlik edən Vaşinqtondakı Corc Vaşinqton Universitetinin professoru Devid Braunun sözlərinə görə, "Nature Communications" jurnalında dərc olunan bu tapıntı, insan təkamülü anlayışımızda köklü bir dəyişiklik üçün inanılmaz dərəcədə güclü dəlil təqdim edir. "Biz düşünürdük ki, alətlərdən istifadə bir anlıq ani bir şey kimi olub sonra yoxa çıxa bilər. Bu, uzun bir davranış ardıcıllığıdır. İnsanlar və insan əcdadlarının alət istifadəsi ehtimal ki, düşündüyümüzdən daha əvvələ gedib çıxır və davamlı şəkildə baş verib". Arxeoloqlar Namorotukunanda on il ərzindəki araşdırmalarında, çay yataqlarından toplanan süxurlara diqqətlə vurularaq hazırlanmış 1300 iti qırıq, çəkic daşı və daş özəyi aşkar ediblər. Bunlar "Oldowan" adlanan texnologiyadan istifadə edilərək hazırlanır və ilk geniş yayılmış daş alətləri hazırlamaq üsuludur.

Eyni növ alətlər üç fərqli süxur təbəqəsində görünür. Təbəqə nə qədər dərindirsə, zamanla bir o qədər geridə qalır. Braziliyanın San Paulo Universitetinin tədqiqat qrupunun baş geoloqu Dr. Dan Palcu Rolierin sözlərinə görə, daşların çoxu keyfiyyətinə görə xüsusi olaraq seçilib və bu da istehsalçıların bacarıqlı olduqlarını və nə axtardıqlarını dəqiq bildiklərini göstərir.

Seçilən
108
Ajans.az

1Mənbələr