AZ

2030-cu ilə qədər smartfonlar tamamilə yox olacaq- İlon Mask

2030-cu ilə qədər insanlar smartfonlardan imtina edəcək və onların yerini süni intellekt əsaslı texnologiyalar tutacaq. AzPost  “People” nəşrinə və “Joe Rogan Experience” podkastına istinadla xəbər verir ki, bu fikri amerikalı milyarder və ixtiraçı İlon Mask səsləndirib.

Onun sözlərinə görə, yaxın illərdə telefonlar və indiki əməliyyat sistemləri həyatımızdan çıxacaq. Onların yerini səs, baxış və beyin siqnalları ilə idarə olunan neyrotexnoloji cihazlar alacaq. “Biz indi telefon adlandırdığımız şeyi bir növ videoanaliz və əlaqə mərkəzinə çevirəcəyik. Hər bir insanın şəxsi süni intellekt serveri olacaq və o, istifadəçinin fərdi İİ cihazı ilə qarşılıqlı əlaqədə olacaq”, – deyə Mask bildirib.

O vurğulayıb ki, gələcəyin texnologiyaları üçün nə ekranlara, nə də toxunma əsaslı interfeyslərə ehtiyac qalacaq: “İnsan texnologiya ilə danışıq, baxış və ya düşüncə vasitəsilə əlaqə quracaq.”

İlon Mask bu konsepsiyanı illərdir irəli sürür və onun “Neuralink” adlı layihəsi məhz bu istiqamətdə – insan beyni ilə kompüter arasında birbaşa əlaqə yaradan neyrointerfeyslərin hazırlanması üzərində çalışır.

Ekspertlər hesab edirlər ki, bu texnologiya gerçəkliyə çevriləcəyi təqdirdə, insanın cihazlardan asılılığını tamamilə dəyişdirəcək və texnologiya ilə ünsiyyətin yeni dövrünü başlayacaq.

AzPost.az

Seçilən
11
1
azpost.info

2Mənbələr