AZ

FHN Ordubadda kompleks mülki müdafiə təlimi keçirib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Ordubad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ordubad şəhəri, Şəhriyar qəsəbəsində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

APA xəbər verir ki, təlimdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun müvafiq bölmələri, Təcili Tibbi Yardım Xidmətinin, rayonun fövqəladə hallar komissiyası, mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Əvvəlcə, kompleks mülki müdafiə təlimi ilə əlaqədar təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib, təlimin niyyəti və planı çatdırılıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə Əlahiddə Ümumqoşun Ordunun müvafiq qüvvələri və hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib.

Belə ki, ilk olaraq qüvvələrin hazırlığı yoxlanılıb, idarəetmə, qarşılıqlı fəaliyyət, mühafizə və komendant xidməti təşkili edilib. Əraziyə hərəkət üçün uçqun nəticəsində dağılan yollar bərpa olunub, mülki müdafiə kəşfiyyatı aparılıb, yanğınlar söndürülüb və zərərçəkən insanlar təxliyə edilib. Hüquq-mühafizə orqanları tərəfindən ərazinin təhlükəsizliyi təmin olunub. Baş verən avtomobil qəzasının nəticələri, sel sularının törətdiyi fəsadlar aradan qaldırılıb, bəndbərkitmə və sularda axtarış-xilasetmə işləri aparılıb. Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz əməliyyatlar icra edilib, zərərçəkənlərə tibbi yardımın göstərilib, səhiyyə müəssisələrinə təxliyə edilib, qaz, elektrik, su və rabitə sistemlərində qəza-bərpa işləri aparılıb. Epidemiya əleyhinə tədbirlər görülüb.

Kompleks təlimə ümumilikdə 450-ə yaxın şəxsi heyət və 57 ədəd xüsusi təyinatlı texnika cəlb edilib.

Təlim uğurla başa çatıb, qarşıya qoyulan məqsədlərə nail olunub.

FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN
Seçilən
44
7
apa.az

10Mənbələr