AZ

Gəncədə iki avtomobil toqquşdu

Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 1990-cı il təvəllüdlü E.Heydərov və 2007-ci il təvəllüdlü S.Alıyev xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları əməkdaşları edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
31
4
unikal.az

5Mənbələr