Bakı. Trend:
8 Noyabr - Azərbaycan xalqının yaddaşında əbədi qalacaq birtarixdir. Bu gün təkcə hərbi qələbənin deyil, həm də milliiradənin, siyasi uzaqgörənliyin və dövlətçilik düşüncəsinintəntənəsidir. Məhz həmin gün - 2020-ci ilin 8 noyabrında,Azərbaycan Ordusu Şuşanı azad etməklə, Vətən müharibəsindəhəlledici mərhələyə qədəm qoydu və Ermənistanın kapitulyasiyasınıtəmin edən əsas faktoru yaratdı. Lakin bu Qələbə ani qərarların vəya qısa müddətli planların nəticəsi deyildi. Bu, illərlədüşünülmüş, ardıcıl və məqsədyönlü siyasətin bəhrəsi idi.Azərbaycanın müstəqilliyinin bərpasından sonra keçdiyi çətin, lakinqətiyyətli yol, ölkə rəhbərliyinin strateji baxışı və xalqınbirliyi sayəsində reallığa çevrildi.
Bunu Trend-əpolitoloq Azər Qarayev qdeyib.
"Bu gün 8 Noyabr təkcə torpaqların azad olunmasının simvoludeyil – bu tarix Azərbaycan dövlətçiliyinin mübarizə və yenidəndoğuluş salnaməsidir. Qələbə Gününün arxasında duran proseslər,uzun illər ərzində Prezident İlham Əliyevin apardığı ardıcılsiyasətin və diplomatik mübarizənin zirvəsidir.
XX əsrin sonu Azərbaycan üçün həm azadlıq, həm də itkilər dövrüidi. Yeni müstəqil dövlətin qarşısında həm siyasi, həm iqtisadi,həm də hərbi baxımdan çoxsaylı çağırışlar vardı. Ordununformalaşmadığı, dövlət institutlarının zəif olduğu bir şəraitdəErmənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğalolundu. O zaman beynəlxalq aləmdə Azərbaycanın səsi zəifeşidilirdi. Həm daxili sabitlik, həm də beynəlxalq aləmdə vəziyyətmürəkkəb idi. Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətəqayıdışı ilə ölkədə sabitlik bərpa olundu, dövlətin əsaslarımöhkəmləndi. Məhz həmin dövrdə gələcək Qələbənin siyasi, diplomatikvə iqtisadi təməli qoyuldu.
2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi iləölkə inkişafın yeni mərhələsinə qədəm qoydu. Onun rəhbərliyi iləAzərbaycan planlı və sistemli şəkildə həm iqtisadi, həm də hərbibaxımdan güclənməyə başladı. Prezident İlham Əliyev hələ ilkillərdən bəyan etmişdi ki, Azərbaycanın iqtisadi gücü onun hərbigücünü şərtləndirəcək. Bu siyasət qısa zamanda öz nəticəsini verdi.Azərbaycanın iqtisadiyyatı neft gəlirlərinin səmərəli idarəolunması sayəsində regionun ən dinamik inkişaf edən iqtisadisisteminə çevrildi. Dövlət Neft Fondu vasitəsilə əldə olunangəlirlər birbaşa ordu quruculuğuna, sosial rifahın yüksəldilməsinəvə infrastrukturun modernləşdirilməsinə yönəldildi", - obildirib.
Onun sözlərinə görə, 2000-ci illərin ortalarından etibarənAzərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinəçevrildi. Yeni texnologiyalar, müasir silah sistemləri, kadrislahatları və peşəkar zabit korpusu formalaşdırıldı. Orduda milliruhun yüksəldilməsi, döyüş hazırlığının artırılması, Türkiyə iləstrateji hərbi əməkdaşlığın dərinləşməsi Qələbəyə gedən yolun ənvacib tərkib hissələrindən idi. Prezident İlham Əliyev dəfələrləvurğulayırdı ki, biz hər an hazır olmalıyıq ki, doğmatorpaqlarımızı işğalçılardan azad edək. Bu, sadəcə siyasi bəyanatdeyildi – bu, illərlə davam edən psixoloji və ideoloji hazırlığınifadəsi idi.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni dövrə -diplomatik uğurlar dövrünə qədəm qoydu. Dövlət başçısının xaricisiyasəti balanslaşdırılmış və çoxvektorlu idi: həm Qərb, həmRusiya, həm də İslam dünyası ilə qarşılıqlı etimad mühitinəəsaslanırdı. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimitanındı, BMT, Avropa Şurası, Qoşulmama Hərəkatı kimi platformalardafəal mövqe tutdu. Qarabağ məsələsində isə Ermənistanın təcavüzkarimici tədricən ifşa edildi, dünya ictimaiyyəti Azərbaycanın haqlımövqeyini qəbul etməyə başladı. Bütün bunlar bir məqsədə xidmətedirdi – Qarabağın azadlığı üçün diplomatik və hüquqi zəmininmöhkəmləndirilməsinə.
2020-ci ilin 27 sentyabrında Ermənistan ordusunun növbətitəxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücuməməliyyatına başladı. Prezident İlham Əliyev "Biz öz torpağımızdavuruşuruq, öz torpaqlarımızı azad edirik" deyərək əməliyyatlarınmahiyyətini qəti şəkildə ortaya qoydu. Bu, təkcə hərbi əməliyyatdeyildi – bu, Azərbaycan xalqının 30 illik ədalət mübarizəsininbaşlanğıcı idi. Müharibə cəmi 44 gün çəkdi, amma bu qısa müddətərzində Azərbaycan Ordusu müasir hərbi tarixdə misli görünməmiştaktiki və texnoloji üstünlük nümayiş etdirdi. Dron əməliyyatları,real vaxt koordinasiyası, yüksək motivasiya və peşəkar rəhbərlikErmənistan ordusunu tam məğlubiyyətə uğratdı. Şuşanın azad olunmasımüharibənin ən dramatik və həlledici məqamı idi. Dağlıq relyef,əlverişsiz şərait və düşmənin müdafiə sədlərinə baxmayaraq,Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq göstərdi. Prezident İlhamƏliyevin həmin tarixi çıxışı – “Şuşa bizimdir! Qarabağ bizimdir!” –təkcə bir hərbi xəbər deyildi, bu, Azərbaycanın yeni dövrününbaşlanğıcı idi. Şuşanın azad olunması Ermənistan ordusununpsixoloji sarsıntısına səbəb oldu və 10 noyabr 2020-ci ildəkapitulyasiya aktının imzalanması ilə nəticələndi. Bu qələbə təkcətorpaqların geri alınması deyildi - bu, həm də ədalətin, milliqürurun və suverenliyin bərpası idi. 30 il davam edən işğaldövründə Azərbaycanın nə unudulmuş, nə də barışmış xalq olmadığınıbütün dünya gördü. Müharibə dövründə Prezident İlham Əliyev həm AliBaş Komandan, həm diplomatik lider, həm də milli rəmz rolunumükəmməl şəkildə yerinə yetirdi", - o bildirib.
A.Qarayev qeyd edib ki, Vətən müharibəsindən sonra regiondatamamilə yeni siyasi və təhlükəsizlik mühiti formalaşdı. Azərbaycanqalib ölkə kimi regional nizamın aparıcı qüvvəsinə çevrildi.
"Lakin Qarabağda hələ də müəyyən qeyri-qanuni silahlı dəstələrinmövcudluğu, separatçı qalıqların təxribatları və Ermənistanın sülhprosesindən yayınması, Azərbaycanın suveren hüquqlarını tamreallaşdırmasına mane olurdu. Prezident İlham Əliyev dəfələrləbəyan edirdi ki, "Ermənistan silahlı qüvvələrinin Azərbaycanərazisində qalmaqda davam etməsi bölgədə hərbi gərginlikmənbəyidir". Bu bəyanat beynəlxalq hüquqa tam uyğun idi, çünkiBMT-nin prinsiplərinə əsasən, hər bir dövlət öz suveren ərazisindətəhlükəsizlik və idarəetmə hüququna malikdir.
2023-cü ilin sentyabrında Qarabağ bölgəsində Ermənistan silahlıqüvvələrinin törətdiyi növbəti təxribatlar fonunda Azərbaycan lokalantiterror tədbirlərinə başladı. Əməliyyatlar cəmi bir sutka davametdi, lakin nəticə tarixi idi - separatçı rejim tamamilə məhvedildi, silahlı dəstələr tərksilah olundu və Qarabağ ərazisindəAzərbaycanın suverenliyi tam bərpa edildi. Separatçı liderlər həbsedildi və hazırda onların məhkəməsi Bakıda davam etdirilir. Buəməliyyatlar müharibə yox, hüquqi baxımdan konstitusionqayda-nizamın bərpası idi. Prezident İlham Əliyev bu prosesi həmhərbi, həm siyasi, həm də diplomatik baxımdan misilsiz dəqiqlikləidarə etdi.
Torpaqlarımız tam azad edildikdən sonra Azərbaycan dövləti buərazilərdə "Böyük Qayıdış" proqramını həyata keçirməyə başladı.Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Ağdam kimi şəhərlərdəbərpa işləri geniş vüsət aldı. Yeni yollar, hava limanları, enerjixətləri, məktəblər, xəstəxanalar tikildi. Bu, yalnız fizikiyenidənqurma deyildi – bu, xalqın ruhunun bərpası, dövlətingələcəyə yönəlmiş strateji baxışının təzahürü idi. Prezident İlhamƏliyev qeyd edib ki, "Qarabağ və Şərqi Zəngəzur dünyanın ən inkişafetmiş bölgələrindən birinə çevriləcək". Bu baxış artıq reallığaçevrilməkdədir. Qarabağda suverenliyin bərpasından sonra Azərbaycanregionda dayanıqlı sülh və əməkdaşlıq gündəliyini irəli sürdü.Prezident İlham Əliyevin mövqeyi aydın idi: "Biz sülh istəyirik,biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh".
Azərbaycanın təklif etdiyi sülh sazişi layihəsi beynəlxalqhüququn beş əsas prinsipinə əsaslanırdı. Bu prinsiplər həmbeynəlxalq hüquq normalarına uyğundur, həm də bölgədə uzunmüddətlisabitliyin təminatı kimi çıxış edir. Lakin Ermənistan hökuməti ilkmərhələdə bu prosesə ciddi müqavimət göstərdi. Rəsmi İrəvan Qərbdairələrinin təzyiqi və daxili radikal qrupların təsiri altındasülh danışıqlarını uzatmaq siyasəti yürüdürdü. Prezident İlhamƏliyev bu vəziyyəti də soyuqqanlılıqla idarə etdi. O, həm Brüsselformatında, həm Moskva, həm də Vaşinqton görüşlərində Azərbaycanınmilli maraqlarını dəyişməz prinsipial mövqelə müdafiə etdi. Bumərhələdə Azərbaycanın diplomatiyası həm də mədəniyyət və hüquqdiplomatiyası səviyyəsində işləyirdi. Azərbaycanın təqdim etdiyifaktlar, müharibədən sonra həyata keçirilən bərpa siyasəti,Ermənistanın revanşist ritorikasına qarşı beynəlxalq aləmdəinandırıcı arqumentlər kimi qəbul olunurdu. Nəticədə, beynəlxalqictimaiyyət getdikcə daha açıq şəkildə qəbul etdi ki, CənubiQafqazda sülh yalnız Azərbaycanın təklif etdiyi formatdamümkündür", - o bildirib.
Politoloq vurğulayıb ki, 2025-ci ilin avqust ayında VaşinqtondaABŞ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev,Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti DonaldTrampın üçtərəfli görüşü baş tutdu.
"Bu görüş Cənubi Qafqaz diplomatiyasının dönüş nöqtəsi kimitarixə düşdü. Vaşinqton formatı əvvəlki Brüssel və Moskvadanışıqlarından fərqli olaraq, tam nəticəyə yönəlmiş idi. Çünkiartıq mübahisəli məsələlər faktiki həll olunmuş, Azərbaycanınsuverenliyi tam bərpa edilmişdi. Vaşinqton görüşündə tərəflərAzərbaycanın təklif etdiyi sülh sazişi layihəsini əsas götürərəkrazılığa gəldilər. Sazişin paraflanması – yəni ilkin imzalanması –faktiki olaraq münaqişənin hüquqi sonunu rəsmləşdirdi. Sənəddə birsıra vacib bəndlər yer aldı. Bu razılaşma Azərbaycanın diplomatikqələbəsinin yekunu idi. Vaşinqtonda imzalanan sənəd bir çoxcəhətdən tarixi əhəmiyyət daşıyır: Regionda müharibə dövrü rəsmiolaraq başa çatdı, Ermənistanın Azərbaycana qarşı iddiaları hüquqimüstəvidə ləğv olundu, ABŞ və beynəlxalq ictimaiyyət Azərbaycanınlider və təşəbbüskar tərəf kimi rolunu qəbul etdi, Cənubi Qafqazdayeni inteqrasiya mərhələsi başlandı", - o bildirib.
Onun sözlərinə görə, 8 Noyabr - Azərbaycan tarixində təkcə hərbizəfərin günü deyil. Bu gün xalqın iradəsinin, dövlətin qüdrətininvə liderliyin təntənəsi kimi yaddaşlara həkk olunub.
"Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində ağır sınaqlardankeçdi. Torpaqlar işğal olundu, yüz minlərlə insan məcburi köçkünəçevrildi, beynəlxalq sistemdə səsi az eşidilən bir ölkə idi. Ammabu xalq öz tarixini yenidən yazmaq gücünə malik idi. Və bu gücünformalaşması, istiqamətlənməsi üçün liderlik faktoru həlledici roloynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətistrateji düşüncəni milli iradə ilə birləşdirərək tarixdə nadir rastgəlinən dönüş nöqtəsi yaratdı. Prezident İlham Əliyevin siyasixəttinin əsasında dövlətin müstəqilliyini möhkəmləndirmək, xalqınrifahını təmin etmək və ədaləti bərpa etmək prinsipi dayanır", -politoloq deyib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörənsiyasəti nəticəsində 44 günlük müharibə zamanı Azərbaycanın mövqeyidünyaya çatdırılırdı.
"Müharibə zamanı Prezident İlham Əliyev həm cəbhənin, həm dədiplomatiyanın Ali Baş Komandanı idi. Onun BBC, CNN, Al Jazeera,TRT və bir sıra digər qlobal media platformalarında apardığıideoloji mübarizə informasiya cəbhəsində həqiqətin qələbəsini təminetdi. Qarabağın azad olunması təkcə ərazi bütövlüyünün bərpasıdeyil, həm də milli kimliyin, ruhun və qürurun dirçəlişi idi.Şuşanın azadlığı Azərbaycan üçün təkcə hərbi əməliyyat deyildi –bu, mədəniyyətin, tarixin və inancın azadlığı idi. Qarabağdayenidən tikilən şəhərlər, qayıdan ailələr, bərpa edilən məscidlərvə məktəblər bu qələbənin bəşəri dəyərini təsdiqləyir. 2023-cü ilinsentyabrında Azərbaycanın suverenliyinin tam bərpası tarixiprosesin ikinci mərhələsi idi. Bu hadisə göstərdi ki, Azərbaycanmüharibəni yalnız torpaq üçün deyil, dövlətçilik prinsipləri üçünaparmışdı. Ardınca başlayan sülh diplomatiyası artıq Azərbaycanıntəşəbbüsü ilə irəliləyirdi. Prezident İlham Əliyevin rəhbərliyi iləregionda sülh, inkişaf və əməkdaşlıq doktrinası formalaşdı.Ermənistanı sülhə məcbur edən amil təkcə hərbi güc deyildi – bu,həm də Azərbaycanın diplomatik və siyasi üstünlüyü idi. 2025-ciilin avqustunda Vaşinqtonda imzalanan sülh sazişinin paraflanmasıda Azərbaycan diplomatiyasının zirvəsi oldu. Bu sənəd yalnız ikiölkə arasında razılaşma deyildi – bu, Cənubi Qafqazda yeni dövrünbaşlanğıcı idi. Sülh sazişi ilə Azərbaycan Ermənistanla münaqişəyəhüquqi nöqtə qoyur, bölgədə təhlükəsizlik arxitekturasınımüəyyənləşdirir, öz təşəbbüsü ilə regional inteqrasiya prosesininliderinə çevrilir. Bu, Prezident İlham Əliyevin "Dağlıq Qarabağmünaqişəsi artıq tarixdir” bəyanatının siyasi təcəssümü idi", - obildirib.
Politoloq vurğulayıb ki, bu gün Azərbaycan artıq yalnız qalibdövlət deyil – lider ölkə statusundadır. Cənubi Qafqazda yenisiyasi və iqtisadi nizam Azərbaycanın təşəbbüsləri əsasındaformalaşır.
"Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi, Cənub QazDəhlizi kimi layihələr regionu birləşdirən strateji arteriyalarrolunu oynayır. Qarabağ və Şərqi Zəngəzur bölgələri isəAzərbaycanın "yaşıl enerji" və "ağıllı şəhər" konsepsiyalarınınmərkəzinə çevrilir. Azərbaycan beynəlxalq səviyyədə sülh vətəhlükəsizlik platforması kimi çıxış edir - COP29-a ev sahibliyi,BMT platformalarında fəallıq bunun bariz sübutudur. Bütün buproseslərin mərkəzində Prezident İlham Əliyevin liderlik məktəbidayanır – bu məktəb praqmatizm, realizm və milli maraqlar üzərindəqurulub.
8 Noyabr indi təkcə qələbənin xatirəsi deyil – bu tarix gələcəknəsillər üçün məsuliyyət və ilham günüdür. Bu gün azad Qarabağdaüçrəngli bayrağımız dalğalanırsa, bu, xalqın birliyi, ordununqəhrəmanlığı və Prezident İlham Əliyevin uzaqgörən siyasətisayəsindədir. İndi Azərbaycanın qarşısında yeni vəzifə dayanır –Qarabağı bərpa etmək, sülhü qorumaq və gələcəyin nəsillərinə buruhu ötürmək.
1990-cı illərin sarsıntısından 2025-ci ilin sülh sazişinədəkkeçən 35 illik yol bir xalqın yenidən doğuluş salnaməsidir. Buyolun başlanğıcında ağrı, sonunda isə qürur dayanır. 8 Noyabr – buyolun zirvəsidir. Bu tarix, Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan xalqının iradəsinin, səbrinin, gücünün və dövlətdüşüncəsinin təntənəsidir. Bu gün dünya Azərbaycanı qalib, ədalətlivə sülhpərvər dövlət kimi tanıyır", - A.Qarayev əlavə edib.