"Neftçi"nin basketbolçusu Devonte Qrin FIBA Avropa Kubokunda oktyabr ayının ən yaxşı oyunçusu seçilib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı basketbolçu ötən ay hər oyunda orta hesabla 21,0 xal, 7,7 ribaund və 3,0 məhsuldar ötürmə ilə çıxış edib.
Qeyd edək ki, "Neftçi" Avropa Kubokunda I qrupunda mübarizə aparır. Onların 3 turdan sonra aktivində 2 qələbə və 1 məğlubiyyət var.