AZ

ABŞ-da təyyarə qəzasında ölənlərin sayı artıb

ABŞ-ın Kentukki ştatında baş verən yük təyyarəsi qəzasında həyatını itirənlərin sayı artıb. AzPost “X” sosial şəbəkəsindəki rəsmi açıqlamaya istinadla xəbər verir ki, ştatın qubernatoru Endi Beşir hadisə nəticəsində ölənlərin sayının yeddiyə yüksəldiyini bildirib.

Qubernatorun sözlərinə görə, xilasedicilər hadisə yerində axtarış işlərini davam etdirirlər və qurbanların sayının artma ehtimalı hələ də qalmaqdadır.

Hadisə Kentukkinin Luisvill şəhəri yaxınlığında baş verib. İlkin məlumatlara əsasən, yük təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra idarəetməni itirərək yerə çırpılıb. Qəzanın səbəbləri hələlik dəqiqləşdirilməyib, lakin texniki nasazlıq versiyası əsas ehtimallardan biri kimi göstərilir.

Xatırladaq ki, hadisənin ilk saatlarında yerli hava limanı nümayəndələri dörd nəfərin həlak olduğunu bildirmişdi. Lakin sonrakı axtarışlar nəticəsində daha üç nəfərin meyiti aşkar olunub.

Hadisə ilə bağlı Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırma aparılır.

AzPost.az

Seçilən
51
azpost.info

1Mənbələr