AZ

Şimali Koreya Ukrayna sərhədində 10 min əsgər GÖNDƏRİB

Rusiya-Ukrayna sərhədində təxminən 10 min Şimali Koreya əsgəri yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi parlamentin kəşfiyyat komitəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, 5 min Şimali Koreya əsgəri "infrastrukturun bərpası"nda iştirak etmək üçün Rusiyaya göndərilib.

Millət vəkili Li Sonq-qvonun sözlərinə görə, sentyabr ayından bəri bu əsgərlər mərhələli şəkildə Rusiyaya köçürülüb və orada tikinti və bərpa işlərinə cəlb olunublar.

Deputat əlavə edib ki, Seul Rusiyaya əlavə hərbi qüvvə göndərilməsi üçün təlim və seçim prosesinin davam etdiyini də müşahidə edir.

Kəşfiyyat məlumatlarına əsasən, Rusiya-Ukrayna sərhədi yaxınlığında təxminən 10 min Şimali Koreya əsgəri var, onların arasında mina təmizləmə əməliyyatlarında iştirak edən 1000 sapyor da mövcuddur. Bildirilir ki, Ukrayna müharibəsi zamanı azı 600 Şimali Koreya əsgəri həlak olub.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti bundan əvvəl Rusiyaya döyüş üçün göndərilən təxminən 2000 Şimali Koreya hərbçisinin öldüyünü açıqlayıb.

AFP agentliyi isə yazır ki, 2024-cü ilin oktyabrından etibarən Şimali Koreya Rusiyaya təkcə hərbi personal deyil, həm də artilleriya mərmiləri, raketlər və uzaqmənzilli raket sistemləri göndərib.

Musavat.com

Seçilən
15
1
musavat.com

2Mənbələr