AZ

Keçən ay zəhərlənmədən ölənlərin sayı açıqlandı

Bakı. Trend:

2025-ci ilin oktyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiyaşöbəsinə ümumilikdə 98 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozuilə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzinmətbuat katibi Ruzbeh Məmməd məlunat verib.

O bildirib ki, vaxtında aparılan düzgün müalicə tədbirlərinəticəsində 94 pasiyentin vəziyyəti stabilləşdirilib və onlarqənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar:

"Pasiyentlərin 44 nəfəri dərman preparatlarından, 30 nəfərisirkə turşusundan, 5 nəfəri spirtli içkilərdən, 5 nəfəri ilansancmasından, 3 nəfəri allergik reaksiyalardan, 2 nəfəri yandırıcıməhlullardan, 1 nəfəri fosfor üzvi birləşmələrindən, 5 nəfərianafilaktik şokdan, 3 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi iləmüalicəyə cəlb olunub".

Onun sözlərinə görə, tibbi personal tərəfindən bütünpasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım,həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiqolunub.

"Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki,4 nəfərin (3 kişi və 1 qadın) həyatını xilas etmək mümkünolmayıb.

Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok,sirkə turşusu ilə zəhərlənmə və dərman preparatlarının yüksəkdozada qəbulu nəticəsində yaranmış toksik vəziyyət olub",- deyə oəlavə edib.

Seçilən
49
4
az.trend.az

5Mənbələr