AZ

Dövlət qurumundan deputatın şirkətinə2.5 milyonluq tender verilib

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən elan edilən tender müsabiqəsinin qalibi “Crystal İnşaat” Açıq Səhmdar Cəmiyyəti olub.

Şirkət qurumun Mərkəzi Aparatının inzibati binasında fasad örtüyünün yenilənməsi işlərini həyata keçirəcək və bunun müqabilində 2 milyon 485 min manat alacaq.

Tender nəticələri Dövlət Satınalmalarının Vahid İnternet Portalında dərc olunub. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, 2018-ci ildə yaradılan “Crystal İnşaat” ASC-nin nizamnamə kapitalı cəmi 4 min manat təşkil edir. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11B/2-dir. Şirkətin qanuni təmsilçisi Məmmədov Elgün Qafil oğlu kimi qeyd olunub.

Lakin istər mətbuatda yazılan məlumatlara, istərsə rəsmi mənbələrə əsasən “Crystal İnşaat” ASC-nin də tərkibində olduğu holdinq — “Crystal Group of Companies” ASC deputat Ağalar Vəliyevə və onun ailə üzvlərinə məxsusdur.

Araşdırmalara görə, bu nəhəng qrup deputat Ağalar Vəliyev və onun ailəsi tərəfindən idarə olunur. Vəliyev eyni zamanda Milli Məclisin üzvü və “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədridir. Qrupun əsas idarəedici fiqurlarından biri isə onun oğlu — Pərviz Vəliyev və qardaşı oğlu Ramin Vəliyevdir.

O, həmçinin Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə prezident İlham Əliyev tərəfindən “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə, 2017-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Seçilən
46
kommersant.az

1Mənbələr