AZ

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Bu ilin oktyabr ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 98 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

Bu barədə Modern.az-a KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 94 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərin 44-ü dərman preparatlarından, 30-u sirkə turşusundan, beşi spirtli içkilərdən, beşi ilan sancmasından, üçü allergik reaksiyalardan, ikisi yandırıcı məhlullardan, biri fosfor üzvi birləşmələrindən, beşi anafilaktik şokdan, üçü isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Üçü kişi, biri qadın olmaqla, dörd nəfərin isə həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok, sirkə turşusu ilə zəhərlənmə və dərman preparatlarının yüksək dozada qəbulu nəticəsində yaranmış toksik vəziyyət olub.

Seçilən
28
13
modern.az

10Mənbələr