AZ

Çin 10 noyabrdan etibarən bir sıra ABŞ mallarına əlavə tarifləri ləğv edəcək

Çin 10 noyabr tarixindən etibarən ABŞ-dən idxal edilən bəzi mallara tətbiq olunan əlavə rüsumları ləğv edəcək.

 

"Report"un məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurası Gömrük Tarifləri Komitəsinin bəyanatında qeyd olunub.

 

"Çin-Amerika ticarət və iqtisadi məsləhətləşmələri zamanı əldə olunmuş konsensusun həyata keçirilməsi məqsədilə 10 noyabr 2025-ci il saat 13:01-dən (Bakı vaxtı ilə 09:01) etibarən Dövlət Şurasının Gömrük Tarifləri Komitəsinin elanında nəzərdə tutulan əlavə rüsumların tətbiqi dayandırılır", – deyə bəyanatda bildirilib.

 

Xatırladaq ki, 9 oktyabrda Çin Ticarət Nazirliyi nadir torpaq metalları və onlarla bağlı texnologiyaların ixracına nəzarətin sərtləşdirilməsi ilə bağlı iki sənəd dərc etmişdi. 10 oktyabrda ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ 1 noyabr tarixindən və ya daha əvvəl Çindən idxal olunan məhsullara əlavə 100 faiz rüsum tətbiq edəcək, həmçinin proqram təminatına qarşı ixrac nəzarəti tədbirləri görəcək. Bundan əlavə, o, Çinə, xüsusilə aviasiya texnikası üçün ehtiyat hissələrinin tədarükünə mümkün məhdudiyyətlər barədə xəbərdarlıq etmişdi.

 

30 oktyabrda ÇXR Sədri Si Cinpinlə görüşdən sonra ABŞ Prezidenti bildirib ki, Çin nadir torpaq metalları ixracını ABŞ-yə maneəsiz şəkildə davam etdirməyə razılıq verib.

Seçilən
18
qaziler.az

1Mənbələr