AZ

Şirkətlər qrupu səhmdarına 889 min manat dividend ödəyib

“Retems Group” MMC 2024-cü ildə səhmdarlarına 889 min manat məbləğində dividend ödəyib. Bu ödəniş şirkətin bölüşdürülməmiş mənfəəti hesabına həyata keçirilib. Öncəki ildə isə şirkət dividend ayırmamışdı.

Banker.az xəbər verir ki, hesabat ilində şirkətin satış gəlirləri 16,2 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin 34,2 milyon manatı ilə müqayisədə iki dəfədən çox azalmadır.

Satışların azalması fonunda xalis mənfəət 2 milyon 43 min manatdan 488 min manata geriləyib.

Dividend ödənişinə baxmayaraq, “Retems Group”un bölüşdürülməmiş mənfəətinin həcmi 2024-cü ilin sonuna 5 milyon 767 min manat səviyyəsində qalıb.

Seçilən
45
banker.az

1Mənbələr