AZ

“Neftçi”dən iki nəfəri icarəyə götürmək planları var, danışıqlar başladı

«Neftçi»nin iki yerli oyunçusu «Kəpəz»in qıh planlarına daxil olub.

Premyer Liqada qalmaq mücadiləsi verən Gəncə təmsilçisi «ağ-qaralar»dan Rza Cəfərovla Murad Məmmədovu icarəyə götürməyə hazırlaşır.

Artıq tərəflər arasında danışıqlar başlayıb.

«Sarı-göylər»in baş məşqçisi Azər Bağırov öz komandalarında özünü göstərmək imkanı olmayan gənclərə görə zəmanət dayanır - bura gələrlərsə, əsas heyətdə yer alacaqlar.

«Kəpəz» iki ay öncə «Neftçi»dən Rionosuke Ohorini icarəyə götürüb. Yaponiyalı yarımmüdafiəçi mövsümün sonunadək respublikanın ikinci ən böyük şəhərinin komandasının formasını geyinəcək.

SPORTİNFO.AZ

Seçilən
18
1
sportinfo.az

2Mənbələr