AZ

Əlləri bağlı qadın meyiti tapılıb– Polis qətli araşdırır

Malayziyada dəhşətli hadisə baş verib – bağlı əllərlə qadın meyiti aşkarlanıb. AzPost  “Mothership” nəşrinə istinadla xəbər verir ki, hadisə oktyabrın 29-da, günorta saatlarında paytaxt Kuala-Lumpurun yaxınlığında, Serdang qatar stansiyasından təxminən bir kilometr aralıda qeydə alınıb.

Məlumata görə, hadisə yerindən keçən şəxs kəskin qoxu hiss edərək polisə məlumat verib. Hüquq-mühafizə orqanlarına müraciət saat 15:45-də daxil olub. Meyit elektrostansiyanın yaxınlığında, kollar arasında tapılıb.

Polisin açıqlamasına görə, qadının əlləri bağlı vəziyyətdə olub və o, tamamilə çılpaq halda aşkarlanıb. Meyit Seri Kembanqan bölgəsindəki “Blue Water Estate” adlı dairəvi yolun yaxınlığında yerləşib.

Araşdırma zamanı məlum olub ki, qadının boyu təxminən 144 santimetr olub, sarışın saçları çiyinlərini örtəcək uzunluqdadır. Onun uzun dırnaqları, gümüş sırğaları, yaşıl və qırmızı parça bilərzikləri, eləcə də sağ qolda döyməsi olub.

Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerinə kriminalistlər və kinoloqlar cəlb edilib. Polis faktla bağlı cinayət işi açaraq hadisəni qətl kimi araşdırır.

AzPost.az

Seçilən
44
1
azpost.info

2Mənbələr