AZ

Putindən gözlənilməz “Naxçıvan” QƏRARI

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ölkəsində yerləşən Yeni Naxçıvan Erməni Apostol kilsəsinin baş katalikosu Ezras Nersisyanı mükafatlandırıb. 

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, Putinin Nersisyana “Aleksandr Nevski” mükafatını verməsi Ermənistanda birmənalı qarşılanmayıb.

Məlumata görə, Kreml lideri bu mükafatı erməni katalikosa Milli Birlik Günü münasibətilə verib. O, digər din xadimlərini də təltif edib.

Lakin məhz hazırda Ermənistanda Apostol Kilsəsinə qarşı keçirilən əməliyyatlar, din xadimlərinin ard-arda həbsi fonunda Putinin bu addımı xüsusi diqqət çəkib. Ermənistan KİV Moskvanın bilərək, erməni xalqı və İrəvan hökumətinə mesaj olsun deyə belə təqdimatı planlandığını yazır. Çünki erməni hökuməti Apostol Kilsəsinin arxasında Rusiyanın dayandığı, bu yolla hakimiyyət çevrilişinin hazırlandığının fərqindədir.

Kilsə erməni diasporunun dəstəyi ilə inşa olunub. Həmin vilayətə və ora yaxın olan regionlarda yaşayan ermənilər bura gələrək təşkilatlanırlar.

59a0d75c3e3f1b19b452d426ccf595ad

Seçilən
12
1
konkret.az

2Mənbələr